Bu gün Ukraynada futbol həsrəti bitir

Bu gün Ukraynada iki aylıq fasilədən sonra yenidən futbol matçları keçiriləcək.

Newsport.az xəbər verir ki, üç yoldaşlıq oyunu nəzərdə tutulub. Bakı vaxtı ilə saat 15:00-da “Dinamo” (Kiyev) – “Rux” matçı başlayacaq. Eyni saatda millimizin üzvü Pavel Paşayevin çıxış etdiyi “Oleksandriya” ilə “Vorskla”nın oyunu start götürəcək. Saat 16:00-a isə “Minay” – “Lvov” matçı nəzərdə tutulub.

Qeyd edək ki, koronavirus pandemiyasına görə mart ayından Ukraynada da futbol dayandırılıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right