PSJ-nin yeni hədəfi

PSJ "Arsenal"ın futbolçusu Pyer-Emerik Obameyanqla maraqlanır.

Newsport.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris klubunun 30 yaşlı hücumçu üçün 40-50 milyon avro arası məbləğ ödəməyə hazır olduğu bildirilir. Xəbərdə o da qeyd olunub ki, qabonlu oyunçu London təmsilçisi ilə  2021-ci ilin iyununda başa çatacaq müqavilənin müddətini uzatmaq istəmir.

Xatırladaq ki, Obameyanq bu mövsüm İngiltərə Premyer Liqasında 26 matçda 17 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right