"Bavariya" 10 nömrəni Saneyə verəcək

“Mançester Siti”nin üzvü Leroy Sane karyerasını Almaniyada davam etdirməyə yaxındır. Newsport.az “Bild”ə istinadən xəbər verir ki, Münhen klubu oyunçunu almaqda israrlıdır.

Bildirilir ki, Sanenin “Bavariya”da çıxış edəcəyi forması belə hazırdır. Almaniyalı futbolçu klubun “10 nömrəsi” olacaq.

Daha öncə bu formanı Filipp Koutinyo geyinirdi. Lakin braziliyalının çıxışı məşqçilər heyətini razı salmadığı üçün “Barselona”ya qaytarılacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right