Miralem Pyaniç "Barselona" ilə razılığa gəlib

"Yuventus"un yarımmüdafiəçisi Miralem Pyanic "Barselona"ya keçməyə  yaxındır. Newsport.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, futbolçu Kataloniya klubu ilə razılığa gəlib.

Məlumata görə, bosniyalı oyunçu Lionel Messi ilə birgə çıxış etmək istəyir. Yarımmüdafiəçi “Barselona”da oynamaqdan məmnun olduğunu bildirib.

Bununla yanaşı, Pyaniçin PSJ, “Çelsi” və “Mançester Yunayted”in təklifini geri çevirdiyi qeyd edilir. Hər üç klub da “Barselona”dan daha yüksək maaş vəd etsə də, oyunçu Kataloniya təmsilçisini seçib.

Transferlə bağlı rəsmi açıqlamanın yaxın günlərdə veriləcəyi gözlənilir.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah