Timo Verner "İnter"ə keçə bilər

“Leyptsiq”in hücumçusu Timo Verner karyerasını “İnter”də davam etdirə bilər. Newsport.az xəbər verir ki, almaniyalı futbolçu Milan klubuna keçməyə razıdır.

Məlumata görə, İtaliya təmsilçisi Verneri Lautaro Martinesin alternativi kimi görür. Argentinalının komandanı tərk edəcəyi gözlənilir. Bu halda isə “İnter” 24 yaşlı hücumçunu rənglərinə bağlayacaq.

Daha öncə almaniyalı forvardın “Liverpul”a keçəcəyi iddia edilirdi.        

Verner cari mövsüm Bundesliqada 26 oyunda iştirak edib və 21 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right