"Barselona"da olmaqdan məmnunam" İvan Rakitiç

"Barselona"nın yarımmüdafiəçisi İvan Rakitiç klubdan gedəcəyi ilə bağlı yayılan söz-söhbətlərə münasibət bildirib. Newsport.az xəbər verir ki, xorvatiyalı futbolçu klub rəhbəri Josep Maria Bartomeunun onunla şəxsən ünsiyyət quracağına ümid etdiyini açıqlayıb:

"Çox istərdim ki, rəhbərlikdən kimsə “Barselona”dan ayrılacağımın müzakirə mövzusu olmadığını açıqlasın. Gələcəyimlə bağlı Bartomeu mənə heç nə deməyib. Gözləyək, bəlkə məni eşidəcək və sabah zəng edəcək. Məşqə qayıtdığımdan və yenidən burada olmaqdan məmnunam”.

"İnter" və "Atletiko"nun futbolçunun xidmətində maraqlı olduğu bildirilir.  "Napoli" isə artıq İvanın nümayəndələri ilə əlaqə saxlayıb.

Rakitiç 2019/20 mövsümündə 31 oyun keçirib və 4 asisst verib. Onun müqaviləsi 2021-ci ilin yayında başa çatır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right