Daha bir oyun koronavirusa görə təxirə salındı Belarusda

Futbol üzrə Belarus çempionatında daha bir oyun koronavirusa görə təxirə salınıb.
 
Newsport.az xəbər verir ki, 10-cu turun “Smoleviçi” - "Minsk" qarşılaşması nəzərdə tutulduğu kimi mayın 23-də keçirilməyəcək.
 
Bu barədə Belarus Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
 
Belə bir qərarın qəbul olunmasına paytaxt təmsilçisinin oyunçularının koronavirusa yoluxma şübhəsinin olması səbəb göstərilir. Daha öncə bu komandanın 9-cu tur çərçivəsində, mayın 15-də keçirilməli olan “Neman”la görüşü də qeyri-müəyyən müddətə təxirə salınmışdı.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right