"Çelsi"nin 19 yaşlı futbolçusu modeli zorladığı üçün saxlanıldı

"Çelsi"nin futbolçusu Kallum Hadson-Odoi internetdə tanış olduğu model qıza təcavüz etməkdə şübhəli bilinərək saxlanılıb.

 

Newsport.az "The Sun" nəşrinə istinadla xəbər verir ki, polisin məlumatına görə futbolçunun evində olan qız bazar günü gecə 03:35-də şəhər polisini və tibbi yardımını köməyə çağırıb.

 

Qız xəstəxanaya çatdırılıb, futbolçu isə evində saxlanılıb. İngilis oyunçunun evində axtarış aparılıb.

 

"Təcili tibbi yardımla xəstəxanaya aparılan qız təcavüzə qaldığını bildirib. Şübhəli şəxs evdə tutuldu. O, girov müqabilində həbsdən çıxdı", - polis nümayəndəsi bildirib.

 

"Çelsi" futbolçusu ilə bağlı açıqlama verməkdən imtina edib. London təmsilçisi hadisə araşdırıldıqdan sonra futbolçu ilə söhbət edəcək.

 

19 yaşlı vinger bu mövsüm 27 oyunda 4 qol vurub, 6 assist edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right