“İnter” koronavirus testinin nəticələrini açıqladı

İtaliyanın “İnter” klubunda futbolçular, məşqçilər və digər çalışanlar növbəti dəfə koronavirus testindən keçirilib.

Newsport.az xəbər verir ki, bütün testlərin nəticəsi mənfi çıxıb. Bu barədə Milan təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xatırladaq ki, “İnter”in kollektivi daha öncə komanda üzvləri fərdi məşqləri bərpa edərkən də testdən keçmişdilər və bütün nəticələr neqativ çıxmışdı. Bu gün – mayın 18-dən isə “İnter” futbolçuları kollektiv şəkildə də məşq edə biləcəklər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right