"Yuventus" "Barselona"nın təklifini rədd etdi

"Yuventus" və "Barselona" razılığa gələ bilmirlər. Newsport.az “Sky Sport İtalia”ya istinadən xəbər verir ki, kataloniyalılar Mattia De Şilyo və Miralem Piyaniç üçün Turin təmsilçisinə Nelson Semedo ilə yanaşı, 25 milyon avro təklif edib.

Məlumata görə, İtaliya klubu bu təklifi rədd edib. “Yuventus” bosniyalı futbolçunu Artur Melonun əvəzinə İspaniyaya buraxa bilər. “Barselona” isə braziliyalını heyətdə saxlamaq niyyətindədir. Bununla yanaşı, turinlilərin Semedo ilə maraqlanmadığı bildirilir.

Pyaniç 2019/20 mövsümündə "Yuventus"da 32 oyun keçirib və 3 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right