La Liqada təqvim bəlli oldu

İspaniya Futbol Federasiyası La Liqa rəhbərliyi ilə mövsümün necə davam edəcəyi barədə razılığa gəlib . Newsport.az xəbər verir ki, bu barədə “AS” nəşri məlumat yayıb.

Məlumata görə, koronavirus səbəbiylə təxirə salınan mövsüm iyun ayında bərpa ediləcək və oyunlar bazar ertəsi daxil olmaqla həftənin hər günü keçiriləcək. Komandalar 3 gündən bir meydana çıxacaqlar.

Həm də matçların başlama vaxtı bölgənin iqlim şəraitindən asılı olaraq dəyişəcək. Ölkənin şimalında matçlar daha erkən, yüksək temperatur olan bölgələrdə isə oyunlar gecə başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right