Sanenin “Bavariya”ya keçidini Vaydenfeller açıqladı

Futbol üzrə Almaniya yığmasının və Dortmund “Borussiya”sının sabiq qapıçısı Roman Vaydenfeller İngiltərənin “Mançester Siti” klubunun hücumçusu Leroy Sanenin “Bavariya”ya keçəcəyini bəyan edib.
 
Newsport.az xəbər verir ki, o, “Sport1” nəşrinə açıqlamasında bunları söyləyib:
 
“Sanenin yenidən Bundesliqaya qayıdacağına və “Bavariya”nın oyunçusu olacağına tam əminəm. Keçmiş futbolçu kimi mənim tam əmin olduğum bəzi mənbələrim var”.
 
Qeyd edək ki, “Şalke”nin yetirməsi olan, Almaniya yığmasında çıxış edən 24 yaşlı Sane, “Mançester Siti”də 2016-cı ildən forma geyinir.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right