Ərəblər Biliçə 15 milyon dollar təzminat ödəyəcək

FİFA, ötən il Səudiyyə Ərəbistanı təmsilçisi “Əl İttihad”dan qovulan Slaven Bliçə təzminat ödənilməli olduğunu açıqlayıb.

Newsport.az-ın məlumatına görə, bu barədə Xorvatiya mətbuatı məlumat yayıb.

“Əl İttihad” haqsız yerə müqaviləsini ləğv etdiyi Biliçə 15 milyon dollar təzminat ödəməlidi. FİFA-nın “Əl İttihad”a göndərdiyi bildirişdə, bu məbləğin bir aya ödənilməli olduğu qeyd edilib.

Biliç 2018/19 mövsümündə “Əl İttihad”ı çalışdırıb. Xorvat mütəxəssis hazırda İngiltərənin “Vest Bromviç” klubunun baş məşqçisidir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right