"Brügge" Belçika çempionu elan edildi RƏSMİ

Belçika Yupiler Liqasında 2019/2020 mövsümü koronavirus səbəbindən vaxtından əvvəl başa çatdırılıb.

 

Newsport.az-ın məlumatına görə, turnir cədvəlinin lideri "Brügge" çempion elan olunub. Komanda növbəti mövsüm Çempionlar Liqasının qrup mərhələsində iştirak edəcək.

 

"Şarlerua", "Antverpen" və "Standard" Avropa Liqasında çıxış edəcək.

 

Turnir cədvəlinin sonuncusu "Vasland-Beveren" isə aşağı liqaya göndərilib. Yüksək liqaya "Beersxot", OHL və ya "Vesterlo" klublarından biri vəsiqə qazanacaq.

 

Klubların 84 faizi çempionatın vaxtından əvvəl başa çatdırılmasına səsə verib.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right