Moskva "Spartak"ının keçmiş futbolçusuna Azərbaycan və Gürcüstandan təklif

Kiprin "Anortosis" klubunda çıxış edən Jano Ananidze karyerasını Gürcüstan və ya Azərbaycanda davam etdirə bilər.

 

Newsport.az-ın məlumatına görə, Azərbaycan Premyer Liqa təmsilçilərindən biri 27 yaşlı yarımmüdafiəçinin agenti ilə əlaqə qurub. Ancaq gürcü futbolçunun vətəninə dönmək istədiyi bildirilir.

 

Futbolçu açıqlamasında Gürcüstanın "Dinamo" klubundan təklif aldığını deyib: "Danışıqlar davam edir. Başqa açıqlama vermək istəmirəm".

 

Batumi klubunun prezidenti Arxil Beridze gürcü ulduzla danışıqlar apardıqlarını təsdiq edib:

 

"Müzakirələr davam edir. Ananidze mövsümün sonunda sərbəst qalacaq və bu səbəbdən transferi mümkün görünür. 6 ay deyil, uzunmüddətli müqavilə bağlamaq istəyirik".

 

Peşəkar karyerasına Moskva "Spartak"ında başlayan futbolçu "Rostov" və "Krılya Sovetov"da da çıxış edib. Gürcüstan millisinin üzvü bu ilin yanvarında "Spartak"dan ayrılıb, "Anartosis"ə keçmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right