İngiltərənin 4-cü divizionunda mövsüm ləğv edildi

İngiltərənin səviyyəcə 4-cü divizionunda (League Two) 2019/2020 mövsümü ləğv edilib.

 

Newsport.az-ın məlumatına görə, federasiya koronavirus pandemiyasına görə belə qərar qəbul edib. 3-cü liqaya yüksələcək, aşağı diviziona düşəcək komandalarla bağlı qərar növbəti həftə açıqlanacaq. Bununla bağlı qərar turnir cədvəlində hazırkı vəziyyətə görə verilə bilər.

 

Növbəti həftə 3-cü divizion (League One) ilə bağlı da eyni qərarın veriləcəyi ehtimal olunur.

 

İngiltərədə liqalar martın 13-də dayandırılıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right