“Ankaragücü”nün futbolçusu koronavirusa qalib gəldi

Türkiyənin “Ankaragücü” klubunun futbolçusu Rikardo Fati koronavirusa qalib gəlib.

Newsport.az xəbər verir ki, bu barədə seneqallı futbolçu sosial şəbəkə hesabında məlumat yayıb.

Bir müddət xəstəxanada müalicə alan 33 yaşlı yarımmüdafiəçi artıq evə buraxılıb. O, sağalmasına kömək edən bütün tibb işçilərinə minnətdarlıq edib:

“Sonuncu koronavirus testim neqativ çıxdı və tamamilə sağaldım. Mənə göstərdiyiniz diqqətə görə hamınıza təşəkkür edirəm. İnanılmaz işlər görən səhiyyə işçilərinə, klub rəsmilərinə, komanda yoldaşlarıma minnətdaram. Özünüzə yaxşı baxın”.

Fati müalicə aldığı xəstəxanada çalışan tibb işçiləri ilə birgə çəkdirdiyi fotosunu da paylaşıb.

Qeyd edək ki, karyerası ərzində “Strasburq”, “Roma”, “Bayer”, “Nant”, “Aris”, “Ayaçço”, “Standard” və “Bursaspor” klublarında da oynamış Fati, “Ankaragücü”ndə 2018-ci ildən forma geyinir.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah