Türkiyə millisinin üzvü "Atalanta"ya keçə bilər

"Atalanta" "Roma"nın yarımmüdafiəçisi Cengiz Öndərlə maraqlanır. Newsport.az xarici mətbuata istinadən xəbər verir ki, Türkiyə millisinin üzvü paytaxt təmsilçisindən ayrıla bilər.

Məlumata görə, “Atalanta” mövsüm sonunda oyunçunu heyətə cəlb etmək niyyətindədir. “Roma” futbolçunu 30 milyon avroya satmağa hazırdır. Ancaq “mavi-qaralar” Öndər üçün 15 milyon və bir oyunçu təklif edir.

“Roma” bu futbolçunun Yosip İliçiç olmasını istəyir. Əgər “Atalanta” bu təklifə müsbət yanaşsa, 22 yaşlı yarımmüdəfiəçi yayda payataxt klubundan ayrılacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right