“Real”ın sabiq futbolçusu vəfat etdi

İspaniyanın “Real” klubunun sabiq futbolçusu İko Aqilar vəfat edib.
 
Newsport.az xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb.
 
Keçmiş hücumçu 71 yaşında dünyasını dəyişib.
 
Qeyd edək ki, İko Agilar paytaxt komandasının formasını 1971 - 1979-cu illərdə geyinib. O, 190 oyuna 5 qol vurub, 5 dəfə İspaniya çempionu və 2 dəfə ölkə kubokunun sahibi olub. Mərhum forvard "Rasinq", "Sportinq" və "Rayo Valyekano"da da çıxış edib.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right