Futbolçular bir aylıq maaşlarından imtina etdilər

İtaliya A Seriyasında mübarizə aparan “Kalyari”nin futbolçuları koronavirus pandemiyasının yaratdığı iqtisadi çətinliklərlə əlaqədar kluba dəstək nümayiş etdiriblər.
 
Newsport.az xəbər verir ki, onlar aprel ayının maaşından imtina ediblər.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Onların bu fədakarlığını yüksək qiymətləndirən klub prezidenti Tommazo Culini futbolçuların hər birinə təşəkkürünü bildirib.
 
Xəbərdə o da bildirilir ki, futbolçuların bu addımı klubda çalışan digər şəxslərin işlərini itirməməsinə kömək edəcək.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right