"Ayaks" 3 aparıcı futbolçunu satmağa hazır olduğunu bəyan etdi

"Ayaks"ın baş direktoru Edvin van der Sar ən yaxın transfer pəncərəsində yarımmüdafiəçi Donni van de Bek, qapıçı Andre Onana və müdafiəçi Nikolas Talyafikonu satmağa hazır olduqlarını deyib.

 

Newsport.az-ın məlumatına görə, klub rəsmisi futbolçuların qiymtlərinin ucuzlaşmadığını xüsusi qeyd edib:

 

"Ötən ilin yanvarında hər üç futbolçunun daha bir mövsüm komandada qalması ilə bağlı şifahi razılıq almışdıq. Onlara bildirmişdik ki, karyeralarının növbəti addımında kömək edəcəyik. Razılığımızda dəyişiklik yoxdur və onlara problem yaratmayacağıq. Amma onların qiymətində 50 faiz ucuzlaşma olmayacaq. Bunu klublar unutmasın".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right