Argentinanın prezidenti Alberto Fernandes "Barselona"nın hücumçusu Lionel Messi və ölkə futbolunun keçmiş əfsanəvi futbolçusu Dieqo Maradonanın müqayisə edilməsinə münasibət bildirib.
Newsport.az-ın məlumatına görə, ölkə başçısı bu müqayisənin ədalətsiz olduğunu deyib və Maradonanı gördüyü ən yaxşı futbolçu adlandırıb:
"Messi və Maradona hər zaman müqayisə edilir. Ancaq bu, ədalətsiz müqayisədir, çünki onlar fərqli illərin futbolçusudur. Həmin vaxtlar komandada lider sima çox vacib idi. Maradona hər şeyə sahib idi. O, güclü və bacarıqlı olmaqla yanaşı, meydanda liderlik edirdi. Mən onun inanılmaz işlər etdiyini görmüşəm. Qoy Messi fanatları inciməsin, amma düşünürəm ki, indi futbol fərqlidir. Dəqiq deyirəm, Maradona gördüyüm ən yaxşı futbolçudur".