"Barselona"dan "Tottenhem"ə keçir

“Barselona”nın yarımmüdafiəçisi Artur Ramos karyerasını İngiltərədə davam etdirə bilər. Newsport.az xarici mətbuata istinadən xəbər verir ki, “Tottenhem” futbolçunun xidmətində maraqlıdır.

Məlumata görə, London təmsilçisi 23 yaşlı oyunçuya hazırkı maaşından daha yüksək məbəlğ təklif edib. Kataloniya klubu Arturun komandadan ayrılmasına mane olmayacaq.  

O, 2018-ci ildə “Qremio”dan 31 milyon avro qarşılığında “Barselona”ya keçmişdi. Futbolçunun komandası ilə 2024-cü ilə qədər müqaviləsi var.

Qeyd edək ki, Artur cari mövsümdə Kataloniya təmsilçisində 23 matç keçirib və 4 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right