“Bavariya”nın futbolçusu əməliyyat olundu

Almaniyanın “Bavariya” klubunun yarımmüdafiəçisi Korentin Tolisso əməliyyat olunub.
 
Newsport.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Fransalı futbolçunun sol ayağındakı ağrılar səbəbindən cərrahiyyə əməliyyatına ehtiyac duyulub. 25 yaşlı yarımmüdafiəçinin əməliyyatı uğurlu alınıb. Fransa millisinin üzvü 4 həftə sonra məşqlərə başlaya biləcək.
 
Tolisso bu mövsüm bütün turnirlər daxil olmaqla 24 oyuna çıxıb, 3 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Bavariya” ilə 2022-ci ilin iyun ayına kimi müqaviləsi var.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right