UEFA-nın videokonfransında müzakirə edilən mühüm məsələlər

Bu gün UEFA 55 ölkənin federasiyası ilə videokonfrans təşkil edib.

 

Newsport.az xəbər verir ki, iclasda koronavirusa görə dayandırılan avrokuboklar, yerli liqalar və digər məsələlər müzakirə edilib.

 

Avrokubokların bərpasından sonra oyunlarda VAR sisteminin istifadə edilməməsi təklif edilib. Bunun səbəbi tam açıqlanmayıb. Daha az insanın stadionlara gəlməsi üçün belə qərar verildiyi ehtimal olunur.

 

UEFA federasiyalara son vaxt verib. Ali qitə qurumu avqustun 3-dək çempionatları bitirməyi tapşırıb. Bu tarixə qədər çempionatını başa vurmayacağını düşünən ölkələrdən yazılı izahat yazmaları üçün vaxt verilib.

 

Qurum federasiyalara liqaları bitirməyin vacibliyini çatdırıb. UEFA çempionatları turnir cədvəllərindəki vəziyyətə görə başa vuracaq ölkələri anlayışla qarşılayacağını bildirib. Lakin həmin ölkələrin klublarının avrokuboklardakı çıxışı üçün plan hazırlanacaq. Ədalətli qərarlar üçün UEFA federasiyalara çempionatla kubok oyunlarını bitirməyi tapşırıb.

 

UEFA avrokubokları avqustun sonuna qədər başa çatdırmağa çalışacağını nəzərə çatdırıb. Çempionlar Liqasının finalı avqustun 29-na, Avropa Liqasının həlledici matçı isə avqustun 27-nə salınıb.

 

Milltələr Liqasının pley-off matçları və milli komandaların hazırlıq oyunları sentyabr ayına planlaşdırılıb.

 

UEFA İcraiyyə Komitəsinin aprelin 23-də növbəti videokonfransı keçiriləcək. Həmin iclasda mühüm qərarlar qəbul ediləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right