Karius "Beşiktaş"dan ayrıldı

"Beşiktaş" "Liverpul"dan icarəyə götürdüyü Loris Karisula yollarını ayırıb.

 

Newsport.az "NTV Spor"a istinadən xəbər verir ki, alman qapıçı 1,6 milyon avro alacağı olduğunu əsas gətirib və Türkiyə təmsilçisini FIFA-ya şikayət edib.

 

"Beşiktaş"ın ödəmə planını qəbul etməyən qolkiper sözləşməsini təktərəfli ləğv edib.

 

"Ağ-qaralar" 26 yaşlı əlcək sahibini 2018-ci ildə 2 illik icarəyə götürmüşdü. Alman çərçivə sahibinin illik qazancı 1,5 milyon avro idi. Karius 67 oyunda qapısında 95 top görüb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right