"Beşiktaş" Qaytanı transfer etmək istəyir

"Beşiktaş" yeni mövsüm üçün heyətini gücləndirməyi planlaşdırır.

 

Newsport.az xəbər verir ki, İstanbul təmsilçisi "Lill"in yarımmüdafiəçisi Nikolas Qaytanı rənglərinə bağlamaq istəyir. "Ağ-qaralar" Fransa klubu ilə müqaviləsi yayda başa çatacaq futbolçunu azad agent statusu ilə heyətinə qatmaq fikrindədir.

 

Qaytan qış fasiləsində ABŞ-ın "Çikaqo Fayr" klubundan "Lill"ə keçib. 32 yaşlı yarımmüdafiəçi 2018-ci ildə "Atletiko"dan Çinin "Dalyan İfan" klubuna keçmişdi. "Boka Xuniors"un yetirməsi "Benfika"da da oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right