7 klub A Seriyasının bərpasını istəmir

İtaliya A Seriyasının yenidən bərpasının müzakirələri davam edir. Newsport.az xarici mətbuata istinadən xəbər verir ki, federasiya və klub rəsmiləri mövsümün gələcəyi üçün bu gün bir araya gələcəklər.

İtaliya mətbuatının iddiasına görə, 7 klub çempionatın bərpasını istəmir. Bunlar “Torino”, “Breşia”, “Bolonya”, “Sampdoria”, SPAL, “Parma” və “Udineze” komandalarıdır. Bildirilir ki, klublar koronavirus pandemiyasının tam keçmədiyini və indiki məqamda liqanın bərpa edilməsinin daha ciddi problemlər yaradacığını düşünürlər.

Daha öncə həmin siyahıda “Fiorentina” klubunun adı olsa da, Florensiya təmsilçisi bunu təkzib edib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right