“Mövsüm başa çatmasa, “Barsa” çempion elan edilməlidi”

“Barselona”nın futbolçusu İvan Rakitiç koronavirus pandemiyası səbəbiylə dayandırılan La Liqayla bağlı açıqlama verib.

Newsport.az xəbər verir ki, “Movistar Plus”a danışan 32 yaşlı futbolçu, bunları deyib:

“Yenidən topu, meydanı hiss etmək, məşqçilər heyəti və komanda yoldaşlarımla çalışmağa davam etmək istəyirəm. Hər şeyin nə vaxt əvvəlki vəziyyətinə qayıdacağını bilməmək məyusedicidir. Amma futboldan daha vacib məsələlərin olduğunu başa düşürük. Evdə tək məşq etmək çətindir. Ümid edirəm ki, bu mövsüm yenidən oynaya bilərəm və komandamla birlikdə titullar uğrunda mübarizə apararıq.

Hamımız yenidən oynamaq və çempion olmaq istəyirik. Başa düşürəm ki, mövsüm başa çatdırılmasa, “Barselona” çempion elan edilməlidi”.

La Liqada turnir cədvəlinə 58 xalla “Barselona” başçılıq edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right