"Real" 6 futbolçunu göndərir adlar

“Real” yayda heyətdə ciddi dəyişikliklər etmək niyyətindədir. Newsport.az “AS”a istinadən xəbər verir ki, “kral klubu” 6 futbolçu ilə vidalaşmağa hazırlaşır.

Məlumata görə, Madrid təmsilçisi Qaret Beyl, Xames Rodriges, Lukas Vaskes, Naço, Alvaro Audriosola və Mariano Diası göndərməyi düşünür. Bundan əlavə, hazırda “Real”ın 11 oyunçusu icarə əsasında fərqli komandalarda çıxış edir. Madrid klubu gələn mövsüm onların bir neçəsinin xidmətindən yararlanmağı düşünür.

"Real”ın adı çəkilən 6 oyunçunu satdığı təqdirdə 121 milyon avro qazanacağı bildirilir.  Bu məbləğ isə komandaya yeni futbolçuların cəlb edilməsidə kömək olacaq.

Qeyd edək ki, “kral klubu” yayda Kilian Mbappe və ya Erlinq Holandı transfer etmək istəyir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right