"Millidə çalışmaq gərgin bir təcrübədir" De Byazi

AFFA-nın Azərbaycan millisini çalışdırmaq üçün düşündüyü namizədlərindən olan Canni De Byazi Albaniya mətbuatına müsahibə verib. Newsport.az xəbər verir ki, o, yığmada işləməyin çətinliyindən danışıb:

“Millidə çalışmaq çox gərgin bir təcrübədir. Oyunçularla davamlı bir yerdə olmaq olmur.  İki-üç aydın bir futbolçuları qarşılaşmalara hazırlamaq asan deyil. Albaniyada əlimdən gələni etdim, hökümətdən mükafat da aldım. Bunlar gözəl hisslərdir. Sonra isə oradan ayrıldım”.

Hazırda işsiz olan təcrübəli mütəxəssis gələcək karyerası barədə də danışıb: “Əvvəlcə sağlamlıq məsələləri yoluna qoyulmalıdır. Bilirsiniz ki, dünya bu dəqiqə koronavirusla mübarizə aparır. İranda çalışmağa yaxın idim, ancaq hər şey son anda dəyişdi".

Qeyd edək ki, De Byazi 2011-2017-ci illərdə Albaniya millisinin baş məşqçisi olub.      

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right