Vuhanda 104 günlük həsrət sona çatdı

Bütün dünyanı təsiri altına alan koronavirus pandemiyasının başlanğıc nöqtəsi hesab olunan Vuhanda həyat normala dönməyə başlayıb.

Newsport.az xəbər verir ki, Çin Super Liqasında çıxış edən “Vuhan Zall” komandası da artıq doğma şəhərə qayıdıb.

Vuhandakı qatar stansiyasında futbolçuları və məşqçiləri azarkeşlər qarşılayıblar. Bununla da sözügedən komanda 104 günlük fasilədən sonra öz bazasına qovuşub.

Xatırladaq ki, “Vuhan Zall” Çin Super Liqasında mövsümün startı təxirə salınan kimi İspaniyaya təlim-məşq toplanışına yollanmışdı. Mart ayında İspaniyada da koronavirus təhlükəsinin artmasının ardından klub rəhbərliyi Çinin Şenjen şəhərinə köçməyə qərar vermişdi.

Çində koronavirus böyük ölçüdə nəzarət altına alınsa da, hələlik, Super Liqada yeni mövsümə nə vaxt start veriləcəyinə dair rəsmi açıqlama verilməyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right