Türkmənistanda futbol bərpa olundu

Dünyanın əksər ölkəsində futbol çempionatının dayandığı vaxtda Türkmənistanda yerli liqa bərpa olunub.

Newsport.az-ın məlumatına görə, 3-cü turdan sonra dayandırılan çempionat bu gün yenidən başlayıb.

Günün yeganə matçında “Altun Asur” öz meydanında “Kopetdağ”la qarşılaşıb. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb. Bu, dünyada koronavirus pandemiyası dövründə yenidən başlayan ilk çempionatdır.

Bu nəticədən sonra “Kopetdağ” 8 xalla turnir cədvəlinə başçılıq edir. “Ahal” 6 xalla 2-ci, “Altun Asur” 5 xalla 3-cüdür.

Qeyd edək ki, Türkmənistanda yeni mövsüm 6 martda başlayıb. Koronavirus pandemiyasına görə isə martın 24-də, 3-cü turdan sonra oyunlar dayandırılıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right