"Sevilya"nın Sərdar Azmun planı

İspaniyanın "Sevilya" klubu "Zenit"in hücumçusu Sərdar Azmunu transfer etmək istəyir.

Newsport.az-ın məlumatına görə, əndəlüslər hücum xəttində rəqabəti gücləndirmək üçün 25 yaşlı hücumçunu sıralarına qatmaq fikrindədir. Klubun idman direktoru Ramon Monçi iranlı futbolçunun oyun fəlsəfələrinə uyğun gəldiyini düşünür.

Futbolçu ilə "Atletiko" (Madrid), "Napoli", "Vest Hem" və "Lester Siti"nin də maraqlandığı iddia edilir. Rusiya klubunun Azmun üçün 35 milyon avro tələb etdiyi qeyd edilir.

İran millisinin üzvü 2019-cu ildə "Rubin"dən "Zenit"ə keçib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right