Ərəblər nigeriyalı üçün "Trabzonspor"a 8 milyon avro təklif etdi

Türkiyənin "Trabzonspor" klubu vingeri Entoni Nvakaeme karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirə bilər.

Newsport.az-ın məlumatına görə, "Əl Hilal" nigeriyalı futbolçu üçün "bordo-mavilər"ə 8 milyon avro ödəməyə hazırdır. Mövsüm başa çatdıqdan sonra Qara dəniz təmsilçisi ərəblərin təklifini götür-qoy edəcək.

Daha öncə "Trabzonspor" Çin klubunun 31 yaşlı futbolçu üçün 6 milyon avroluq təklifini qəbul etməmişdi.

Super Liqa təmsilçisi Nvakaemeni 2018-ci ildə İsrailin "Hapoel Beer-Şeva" klubundan 1,1 milyon avroya transfer edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right