Sarri Bakıda ağlayıb

Hazırda “Yuventus”u çalışdıran Mauritsio Sarri “Çelsi”də işlədiyi vaxt Bakıda Avropa Liqasını qazandıqları oyundan sonra yaşananlar barədə danışıb.

Newsport.az xəbər verir ki, futbolçuları ilə problemləri olan italiyalı mütəxəssis Britaniya mətbuatına müsahibəsində deyib:

“Çelsi”də işlədiyim ilk 6 ayda oyunçularla aramda münaqişəli durum vardı. Amma Avropa Liqasının finalından sonra paltardəyişmə otağında hamımız birlikdə ağladıq. Mən futbolçuların səhvləri barədə çox, yaxşı şeyləri haqda isə az danışan biriyəm”.

Xatırladaq ki, 2019-cu ilin mayın 29-da Bakıda keçirilən Avropa Liqasının finalında “Çelsi” “Arsenal”a 4:1 hesabı ilə qalib gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right