“Roma”lı futbolçulardan xeyirxah addım

“Roma”nın futbolçuları maaşlarının azadılmasına razılıq veriblər.

Newsport.az “Corriere dello Sport”a istinadən xəbər verir ki, onlar koronavirus pandemiyasına görə öz hesabına məzuniyyətə göndərilən klub əməkdaşlarına dəstək məqsədilə bu addımı atıblar.

Məlumata görə, futbolçuların maaşı martdan iyuna qədər olan dövrü əhatə etməklə 4 aylıq azaldılacaq. Baş məşqçi Paulu Fonsekanın da maaşı azaldılacaq. Bundan başqa, klubun rəhbərliyi mart ayının maaşından bütövlükdə imtina edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right