"Onlar ayaq basdığım torpağı öpməli idilər, amma əvəzində məni ittiham edirdilər”

İtaliya yığmasının sabiq futbolçusu Marko Materatsi DÇ-2006-da Zinəddin Zidanla yaşanan insident barədə danışıb. Newsport.az xəbər verir ki, Marko həmin insidentdən sonra vətənində kəskin tənqid olunduğunu bildirib.

“Zidanı Fransada müdafiə etdilər. Məni isə həmvətənlərim kəskin tənqid edirdilər. Bunu heç cür anlaya bilmirdim. Onları əsl italyan adlandıra bilmərəm. Dünya çempionatından sonra onların tənqidləri məni ağır yaraladı. Həmin şəxslər final qarşılaşmasında hesabı necə bərabərləşdirdiyimi görmüşdülər. Onlar mənim ayaq basdığım torpağı öpməli idilər, amma əvəzində məni ittiham edirdilər”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right