“İnter”dən 1 milyon maska yardımı

İtaliyanın “İnter” klubu koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə növbəti yardım kampaniyasına başlayıb.

Newsport.az xəbər verir ki, Milan təmsilçisi 1 milyon qoruyucu maska yardımı etməyə qərar verib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, ilk olaraq 200 min maska alınaraq İtaliyanın müxtəlif bölgələrinə göndərilib. Qalan 800 min maska da qarşıdakı günlərdə tələbatın daha çox olduğu bölgələrə çatdırılacaq.

Xatırladaq ki, “İnter” daha öncə də 300 min qoruyucu maska və geyim dəsti bağışlamışdı. Bundan əlavə, klub xeyli müddət öncə start verdiyi yardım kampaniyası çərçivəsində də 658 min avro toplandığını bəyan edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right