Premyer Liqa üçün son tarix

Premyer Liqa klublarının rəhbərləri sabah turnirin gələcəyini müzakirə edəcəklər. Newsport.az “Sky Sports”a istinadən xəbər verir ki, oyunçuların müqavilələrində problem yaşamamaq üçün mövsümü iyunun 30-da bitirmək planlaşdırılır.

Məlumata görə, bir neçə futbolçunun sözləşməsi sona çatmaq üzrədir. Bununla yanaşı, klublar mövsümün tamamlanmasını istəyir. Onlar heç bir halda çempionatın ləğv edilməsinin tərafdarı deyillər.

FİFA oyunçuların mövsüm bitənə qədər komandalarda qalacağını açıqlasa da, Premyer Liqa təmsilçiləri futbolçuların klubu tərk edə biləcəyini düşünür. Bu səbəbdən də klublar mayın sonunda məşqləri bərpa etmək niyyətindədirlər. İyunun axırı isə liqanın tamamlanacağı bildirilir.

Qeyde dək ki, çempionatın başa çatmasına 9 tur qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right