Klublararası DÇ-nin yeni vaxtı məlum oldu

Koronavirus pandemiyası səbəbiylə təxirə salınan klublararası dünya çempionatının yeni tarixi müəyyənləşib.
 
Newsport.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
 
Məlumatda bildirilir ki, turnir 2022-ci ilin iyununda təşkil olunacaq. Çində keçiriləcək yarışın dəqiq tarixinin yaxın günlərdə rəsmi şəkildə açıqlanacağı gözlənilir.
 
Turnirin 2021-ci ilin 17 iyun-4 iyul tarixlərində keçirilməsi planlaşdırılırdı.
 
Klublararası dünya çempionatının son qalibi İngiltərənin “Liverpul” klubudur.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right