"Yaşananları gözdən keçirirəm" Abdullah Avcı

“Meydança üçün darıxmışam. İşini sevən birisinizsə, ondan uzaq olmaq sizə çətin gələcək. Ancaq hazırda yenilənmə dönəmindəyəm. Yaşananları bir daha gözdən keçirirəm. Fərqli şəkildə dönəcəm. Amma tələsən yerim yoxdu. Hazırda hər şeyin normala dönməsi vacibdir”.

Newsport.az xəbər verir ki, bu sözləri Türkiyə millisinin sabiq baş məşqçisi Abdullah Avcı “Hürriyet” nəşrinə verdiyi müsahibəsində deyib. 48 yaşlı mütəxəssis gələcək karyerası barədə də danışıb: “Uğurlu olmaq üçün buna inanmaq lazımdır. Hər zaman böyük işlərin xəyalını qurmuşam. Futbola xidmət etmək istəyirəm. Mənim üçün ölkədə və ya xaricdə işləməyin önəmi yoxdur. Həyatımda fərqli təcrübələrin olmasını istəyirəm. Açığı, özümə çalışmaq üçün konkret yer bəlirləməmişəm. Ancaq öncəliyim İspaniya, İngiltərə, Hollandiya ola bilər”.

Qeyd edək ki, Avcının milli komandanı çalışdırmaq üçün AFFA ilə danışıqlara davam etdiyi bildirilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right