"Real" Mane üçün danışıqlara başlayıb

"Real" yayda "Liverpul"un hücumçusu Sadio Maneni heyətinə qatmaq niyyətindədir. Newsport.az "The Sun"a istinadən xəbər verir ki, "kral klubu" 28 yaşlı futbolçunun menecerini danışıqlara dəvət edib.

Madrid təmsilçisinin Mane üçün "Liverpul" a 170 milyon avro təklif verməsi gözlənilir. Əgər seneqallı forvard komandadan ayrılarsa, “qırmızılar” PSJ-nin hücumçusu Kilian Mbappeni transfer edəcək.

 Qeyd edək ki, Mane cari mövsümdə  “Liverpul”da 38 matç keçirib və 18 qol vurub. Onun komandası ilə müqaviləsi 2023-cü ilə qədərdir.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right