Avrokuboklarla bağlı yeni plan Bir oyundan ibarət və azarkeşsiz

Avropa Klubları Assosiasiyası (ECA) və UEFA avrokuboklarda bu mövsümün avqust ayında başa çatdırılmasına dair razılığa gəliblər.

Newsport.az xəbər verir ki, bu barədə “Cadena Ser” nəşri məlumat yayıb.

Bütün milli çempionatların avrokubok oyunlarının finalınadək bitməsinin planlaşdırıldığı və avrokubok qarşılaşmalarının hamısının azarkeşsiz keçirilməsi nəzərdə tutulduğu bildirilir.

Razılaşmaya əsasən, 1/4 və yarımfinallarda pley-off sistemi ləğv ediləcək və komandalar hər mərhələdə iki yox, bir matça çıxacaqlar. Görüşlər neytral meydanda olacaq. Final qarşılaşmaları isə avqustun ikinci yarısına planlaşdırılır.

Bunlar gerçəkləşərsə, avrokuboklarda 2020/21 mövsümünə sentyabrda start veriləcəyi bildirlir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right