Mbappe, yoxsa Holand?

“Real” Erlinq Holand və ya Kilian Mbappeni transfer etməkdə israrlıdır. Newsport.az “Marca”ya istinadən xəbər verir ki, Madrid təmsilçisi fransalı oyunçu ilə yanaşı, norveçlini futbolçunu da maraq dairəsinə alıb.

Məlumata görə, "Real" növbəti mövsüm hücum xəttini mütləq gücləndirməlidir.  Rəhbərlik hər nə qədər Mbappeni almaq istəsə də, PSJ-nin onu buraxmayacağını ehtimal edir. Buna görə də “kral klubu” Holandı da transfer siyahısına daxil edib.

Norvçeli hücumçunun “Borussiya” ilə müqaviləsində 75 milyon avro qarşılığında sərbəst qalacağı vurğulanıb. Ancaq gənc forvardın xidmətində başqa klubların da olduğu bildirilir.

Madrid təmsilçisi əgər Holandı ala bilməsə, baş məşqçi Zinəddin Zidanın həmyerlisi Mbappeni razı salmasını gözləyəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right