Droqba koronavirusla mübarizəyə dəstək oldu

“Çelsi”nin sabiq futbolçusu Didye Droqba koronavirusla mübarizəyə dəstək olub.

Newsport.az xəbər verir ki, keçmiş hücumçu şəxsi xəstəxanasını koronavirusla mübarizə üçün dövlətə təklif edib.

Bu barədə Fil Dişi Sahilinin paytaxtı Abicanın bələdiyyə sədri Vinsent Toh açıqlamasında deyib. O, Droqbanın özəl xəstəxanasını koronavirusla mübarizədə istifadə oluna biləcəyini bildirib.

Fil Dişi Sahilində 574 nəfər koronavirusa yoluxub. Onlardan 5-i vəfat edib, 85-i isə sağalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right