"İnter" Martinesi bir şərtlə satır

“İnter” hücumçusu Lautaro Martinesi satmaq fikrində deyil. Newsport.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Bildirilir ki, rəhbərlik əsas heyət üzvlərini komandada saxlamaq istəyir. Ancaq buna baxmayaraq, Martines klubdan ayrıla bilər. Belə ki, futbolçunun müqaviləsində 111 milyon avro qarşılığında sərbəst qalacağı qeyd edilib. “İnter” yalnız bu halda hücumçunun ayrıla biləcəyini  bildirir.

Argentinali oyunçunun adı “Barselona” ilə çəkilir. Kataloniya təmsilçisi futbolçunu satın ala bilməsə də, iki illik icarəyə götürmək niyyətindər. Klub Martinesə  illik on milyon avro maaş təklif edir. Ancaq İtaliya təmsilçisi oyunçunu icarəyə vermək istəmir.

Qeyd edək ki, hücumçunun "İnter"lə müqaviləsi 2023-cü ilə qədərdir.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right