Premyer Liqa "Uembli"də davam edə bilər

İngiltərə Futbol Assosiasiyası (FA) “Uembli” stadionunu və “Sent Corc Park” Milli Futbol Mərkəzini çempionatın keçiriləcəyi arenalar kimi təklif edib. Newsport.az xəbər verir ki, bu barədə "The Times" nəşri məlumat yayıb.

Bildirilir ki, oyunların bir neçəsi əfsanəvi “Uembli”də keçirilə bilər. Bununla yanaşı, “Corc Park” idman mərkəzi də görüşlər üçün uyğundur. Orada 13 meydança var. Bunlardan beşi müasir işqılandırma sisteminə malikdir. Hazırda təklifin müzakirə olunduğu qeyd edilib. Ancaq Premyer Liqanın ləğvi də hələlik gündəmdədir.

Qeyd edək ki, mövsümün yekunlaşmasına 9 tur qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right