Premyer Liqa klubundan baş məşqçi ilə yeni müqavilə

İngiltərənin “Sauthempton” klubu baş məşqçisi Ralf Hasenhüttl ilə yeni müqavilə bağlamağa hazırlaşır.

Newsport.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, tərəflər artıq yeni müqavilə ilə bağlı razılığa gəliblər.

Yeni anlaşmanın müddəti 3 illik olacaq. Klub avstriyalı mütəxəssislə uzunmüddətli anlaşmaqla öz gənc oyunçularını inkişaf etdirməyi hədəfləyir.

Qeyd edək ki, Hasenhüttl 2018-ci ilin dekabr ayından “Sauthempton”u çalışdırır. 52 yaşlı mütəxəssisin klubla əvvəlki müqaviləsinin müddəti 2020/21 mövsümünün sonunda başa çatacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right