Bu ölkədə də futbol bərpa olunur Aprelin 19-dan

Dünyanın əksər ölkəsində futbol çempionatının dayandığı vaxtda Türkmənistanda yerli liqa bərpa olunur.

Newsport.az xəbər verir ki, ölkənin Futbol Federasiyası milli çempionatın matçlarının aprelin 19-dan davam etdiriləcəyini açıqlayıb.

Qeyd edək ki, Türkmənistanda yeni mövsüm 6 martda başlayıb. Koronavirus pandemiyasına görə isə martın 24-də, 3-cü turdan sonra oyunlar dayandırılıb.

Rəsmi məlumata əsasən, bu ölkədə COVİD-19 virusu aşkar edilməyib. “Sərhədsiz reportyorlar” beynəlxalq təşkilatı bildirir ki, Türkmənistanda “koronavirus” sözünün işlənməsinə qadağa qoyulub.

Əlavə edək ki, hazırda Belarus, Burundi, Nikaraqua, Tacikistan və Myanmada yerli çempionatlar davam etdirilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right